Karim Benzemanın meneceri: "Adam öldürmüşük?"

Karim Benzemanın meneceri: "Adam öldürmüşük?"

Karim Benzemanın meneceri Karim Djaziri futbolçunun Fransa milli komandasına çağırılmamasına münasibət bildirib.

Assist.az xarici mənbələrə istinadən xəbər verir ki, Karim Djaziri Benzemanın milli komandaya çağırılmamasının haqsızlıq olduğunu bildirib:

"Benzemanın milli komandaya çağırılmaması bütün dünyaya maraqlıdır. Benzema heç kəsi öldürməyib! Günahlandırıldığı mövzu haqqında heç bir cəza almadı. 15 ildir futbolun zirvəsində olan futbolçu 6 ildir milli komandaya çağırılmır. Benzemanın Didier Deşampı irqçi adlandırması xəbəri dezinformasiyadır".

Xatırladaq ki, Karim Benzemanın milli komandaya çağırılmamasının səbəbi Mathieu Valbuenaya qarşı şantaj hadisəsi ilə  adının hallanmasıdır.