Kannavaro istefaya göndərildi

Kannavaro istefaya göndərildi

Çinin "Quançjou Everqrand" klubu baş məşqçisi Fabio Kannavaro istefaya göndərilib. Assist.az xəbər verir ki, bu barədə klubun rəsmi internet səhifəsində məlumat verilib. 

"Quançjou Everqrand" çempionatın son üç turunda qalib gəlməyib. İtaliyalı mütəxəssisin klub rəhbərliyi ilə yola getmədiyi üçün istefaya göndərildiyi iddia edilir.

46 yaşlı çalışdırıcı 2017-ci ildən Çin klubunun sükanı arxasında idi.