Kaka "Milan"a qayıdır

Kaka "Milan"a qayıdır

Braziliya millisinin sabiq üzvü Kaka keçmiş klubu “Milan”a qayıdır.

 

Assist.az xəbər verir ki, Kaka klubun idman direktoru vəzifəsində çalışacaq. O, mövsümün sonunda bu postdan ayrılacaq Leonardonu əvəz edəcək.

 

"Futbola qayıtmağa hazırlaşıram. Böyük ehtimalla, idman direktoru olacam. Bu işə "Milan"da başlamaq gözəl olar", - deyə Kaka Braziliya mətbuatına açıqlamasında deyib.

 

Qeyd edək ki, 37 yaşlı Kaka 2003-2009 və 2013-2014-cü illərdə "Milan"da oynayıb.

 

Sportal.az