“Kəpəz” məğlub oldu, “Zaqatala” səfərdə qalib gəldi

“Kəpəz” məğlub oldu, “Zaqatala” səfərdə qalib gəldi
“Kəpəz” məğlub oldu, “Zaqatala” səfərdə qalib gəldi

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 22-ci tur başa çatıb.

“Assist.az” xəbər verir ki, ilk oyun günündə bir matç təşkil olunub. “Keşlə”nin əvəzedici komandası “Sabah-2″ ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 3-0 hesablı inamlı qələbəsiylə yekunlaşıb .

 “Neftçi”nin əvəzedici komandası səfərdə “Sumqayıt-2″nin qapısından 4 cavabsız top keçirib.  “Turan Tovuz”un qonağı olan “Qaradağ Lökbatan” isə  rəqibini son dəqiqə qolu ilə məğlub edib 1-2.

Sonuncu oyun günündə iki qarşılaşma baş tutub. “Kəpəz” doğma meydanda MOİK-ə 1-3 hesabı ilə uduzub. “Zaqatala” isə səfərdə “Qarabağ”ın əvəzedici komandası ilə üz-üzə gəlib. Daha üstün oyun nümayiş etdirən qonaqlar  qalib gəliblər 1-2. Bu qələbədən sonra “Zaqatala”  zirvədəki mövqeyini qoruyub.

22 turdan sonra yarış cədvəlində vəziyyət belədir.