Jerar Pike: "Messi "Barselona"da xoşbəxtdir"

Jerar Pike: "Messi "Barselona"da xoşbəxtdir"

"Barselona" klubunun ispanyalı mərkəz müdafiəçisi Jerar Pike komanda yoldaşı Lionel Messinin klubdakı gələcəyi barədə açıqlama verib.

Assist.az xarici mənbələrə istinadən xəbər verir ki, Jerar Pike Messinin "Barselona"da əvvəlkinə nisbətən daha xoşbəxt olduğunu bildirib:

"Daha əvvəl soruşsaydılar bu barədə cavab verə bilməzdim, ancaq indi Messi "Barselona"da daha xoşbəxtdir. Komandaya ən çox Messi təsir edir, çünki kapitanımız odur. Messi illərdir bizimlə birlikdədir və buna görə də onu çox yaxşı tanıyırıq. Verdiyi qərarı dəstəkləyəcəyik və elədiklərinə görə ona minnətdarıq".

Xatırladaq ki, bu mövsüm Lionel Messi La Liqada 28 oyuna çıxıb 23 qol vurub və 8 məhsuldar ötürmə edib.