İvan Perişiç "Bavariya"da

İvan Perişiç "Bavariya"da

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Xorvatiya yığmasının futbolçusu İvan Perişiç karyerasını Almaniyada davam etdirəcək.

Assist.az xəbər verir ki, İtaliya “İnter”i 30 yaşlı yarımmüdafiəçini “Bavariya”ya icarəyə verib. Münhen təmsilçisi daha sonra onu transfer etmək hüququna da malik olacaq.

Perişiçin tibbi baxışdan keçmək üçün Almaniyaya getdiyi bildirilir.

Qeyd edək ki, Perişiç ötən mövsüm “İnter”in heyətində 45 oyuna 9 qol vurub. Klubu ilə 2022-ci ilin 30 iyununadək müqaviləsi olan yarımmüdafiəçinin illik maaşı 4 milyon avro təşkil edir.