İTV Premyer Liqanı yayımlayacaq?

İngiltərə Premyer Liqasının başlanmasına az qalıb. Daha dəqiq desək, 10 gün sonra – avqustun 5-i “Dumanlı Albion”da yeni mövsüm start götürəcək.
“İctimai” TV (İTV) ötən mövsümün gedişində azarkeşlərin çoxsaylı istəklərini nəzərə alaraq çempionatın yayımını həyata keçirdi. 2021-ci ilin oktyabrdan etibarən hər turun iki qarşılaşması telekanal vasitəsilə futbolsevərlərə təqdim edildi.
Yeni mövsümə sayılı günlər qalsa da, hələ ki, İTV-dən Premyer Liqanın yayımlanacağı ilə bağlı açıqlama verilməyib. Bu isə növbəti dəfə İngiltərə futbolu azarkeşlərinin narahatlığına səbəb olub.
İTV növbəti mövsüm Premyer Liqanı yayımlayacaqmı?
Sualı telekanalın idman departamentinin direktoru Kənan Hakimova ünvanladıq. O, “FutbolPress”ə bunları söylədi:
“Hələlik dəqiq bir söz deyə bilmərəm. Danışıqlar gedir. Hələ vaxta var. Tələsməyək”.