Portuqaliya millisinin üzvü rəsmən "Roma"da!

Portuqaliya millisinin üzvü rəsmən "Roma"da!

İtaliyanın “Roma” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Assist.az xəbər verir ki, paytaxt təmsilçisi portuqaliyalı qapıçı Rui Patrisionu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İngiltərənin “Vulverhempton” klubundan transfer olunmuş təcrübəli qolkiperlə 3 illik müqavilə imzalanıb.

“Roma” bu transferə görə İngiltərə klubuna 11.5 milyon avro ödəyib.

“Sportinq”in yetirməsi olan Patrisio, 2006-2018-ci illər aralığında məhz Lissabon təmsilçisinin uğurları üçün çalışıb. 2018-ci ildən isə o, “Vulverhempton”da çıxış edirdi. “Roma”nın yeni qapıçısı Portuqaliya yığmasında 97 matça çıxıb.