"İnter"dən "Bazel"ə - RƏSMİ

İtaliyanın "İnter" klubu futbolçusu Sebastyan Espositonu icarəyə verib.
Assist.az xəbər verir ki, 19 yaşlı hücumçu "Bazel"ə keçib. Bu barədə "İnter"in mətbuat xidməti məlumat yayıb. Esposito 2021/2022 mövsümünü icarə əsasında İsveçrə klubunda keçirəcək.
"İnter"in yetirməsi olan hücumçu əsas komanda ilə 15 oyuna çıxıb.