İspaniya QP: "Mersedes" in hegemonluğu davam edir

İspaniya QP: "Mersedes" in hegemonluğu davam edir

Formula 1-də İspaniya qran prisi başa çatıb. Əvvəlki yarışlarda olduğu kimi, "Mersedes" yenə ilk iki pilləni heç kəsə verməyib. Bu dəfə keçən yarışın ikincisi Hamilton komanda yoldaşı Bottasın startdakı səhvindən faydalanmağı bacarıb və üstünlüyü ələ keçirib. Podiumun son pilləsində gənc holland pilot Maks Ferstappen qərarlaşıb. O, Fettel və Lecleri qabaqlamağı bacarıb. Digər "Red Bull" pilotu Qasli 6-cı yerlə kifayətlənib.