İspaniya klubları "Qarabağ"ın hücumçusu ilə maraqlanır

İspaniya klubları "Qarabağ"ın hücumçusu ilə maraqlanır
"Qarabağ"ın 22 yaşlı futbolçusu Mahir Əmrəli İspaniyanın 2-ci liqasında çıxış edən bir neçə klubun diqqət mərkəzindədir. 
"Besoccer"də yer alan xəbərə görə,buna səbəb gənc hücumçunun 2017/2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində "Atletiko" ilə görüşlərdə özünü yaxşı tərəfdən göstərməsi olub. Bundan əlavə, millimizin üzvü "Bakı"da çıxış edərkən "Atletiko"nun baş məşqçisi Dieqo Simeone və Madrid təmsilçisinin bir neçə oyunçusu ilə işləyib. 
Həmin dövrdə "Bakı"nın gənc futbolçuları İspaniya klubunun düşərgəsində qısamüddətli təcrübədə olublar. Xəbərdə qeyd olunur ki, Mahirin İspaniyada oynamaq üçün şansı yaranıb və o, bu imkandan yararlanmaq üçün Liqa 1/2/3-də özündən söz etdirməlidir.
Qeyd edək ki, ötən mövsüm Azərbaycan Premyer Liqasında 16 dəfə fərqlənən Mahir Emreli bombardir olub.