İspan futbolçunun "Qarabağ"dakı taleyi necə olacaq?

"Qarabağ"ın futbolçusu Qaspar Panadero ikinci komanda ilə məşq edir.
Assist.az xəbər verir ki, "atlılar"ın baş məşqçisi ispan vingeri planlarına daxil etməyib və o, əsas komandadan ayrı çalışır. Daha əvvəl İspaniya mətbuatında Qasparın ölkəsinə qayıdacağı ilə bağlı xəbərlər yayılsa da, hələ ki, vəziyyət sabitdir.
"Qarabağ" daha 2 il müqaviləsi olan legioner oyunçusu ilə yollarını ayıracağı təqdirdə, ona təzminat ödəməlidir. Kompensasiya məsələsinə görə, futbolçuya təklif olmayacağı halda, o, sözləşməsinin sonuna qədər klubda qalacaq.
Ötən mövsümün ikinci yarısını Kipr AEK-ində keçirən Panadero 2021-ci ildən "Qarabağ"ın formasını geyinir. 24 yaşlı oyunçu "atlılar"la cəmi 4 matça çıxıb.