"İşimiz yarımçıq qalıb, bitirməliyik" - "Aris" rəsmisi

“Neftçi”nin Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Aris”in mətbuat xidmətinin rəhbəri Kostas Papadopulos açıqlama verib.
Assist.az xəbər verir ki, yerli mətbuata danışan klub rəsmisi “Neftçi”nin Bakıda daha yaxşı oynayacağını deyib:
"İşimiz yarımçıq qalıb, bitirməliyik. Cavab matçında "Neftçi"nin daha yaxşı çıxış edəcəyini gözləyirik. Buna görə ehtiyatlı olmalıyıq".
“Neftçi” ilk matçda “Aris”ə 0:2 hesabıyla uduzub. Cavab oyunu iyulun 28-də Bakıda olacaq.