İnter-in futbolçusuna sərt cəza verildi

İnter-in futbolçusuna sərt cəza verildi

İnter-in müdafiəçisi Milan Şkrinyar 3 oyunluq diskvalifikasiya olunub.

Assist.az xəbər verir ki, bu barədə İtaliya A Seriyasının rəsmi saytı məlumat yayıb.

Slovakiyalı futbolçunun belə ağır cəzaya məruz qalmasına onun Sassuolo ilə oyun zamanı baş hakimə təhqiredici ifadələr söyləməsi səbəb olub.

Qeyd edək ki, İnter A Seriyasının 27-ci turu çərçivəsində doğma meydanda qarşılaşdığı Sassuolo ilə oyunda 3:3 hesablı heç-heçəyə razılaşıb.