İngiltərə Premyer Liqası: "Mançester Yunayted" "Çelsi"yə qarşı

İngiltərə Premyer Liqası: "Mançester Yunayted" "Çelsi"yə qarşı

İngiltərə Premyer Liqasında 1-ci turun oyunları davam edir. Bu gün keçiriləcək 3 qarşılaşma ilə tura yekun vurulacaq. Assist.az xəbər verir ki, “Lester Siti” dogma azarkeşlər qarşısında “Vulverhempton”u sınağa çəkəcək.  “Arsenal” səfərdə “Nyukasl”ın müqavimətini qırmağa çalışacaq.  

Turun mərkəzi qarşılaşması isə Mançesterdə baş tutacaq. Burada yerli komanda “Mançester Yunayted” əzəli rəqibi olan “Çelsi”ni qəbul edəcək. Start fiti saat 19:30-da səslənəcək qarşılaşma "İdman Azərbaycan" telekanalı ilə canlı yayımlanacaq.