İngiltərə derbisində "Liverpul" qalib gəldi
İngiltərə Premyer Liqasında 23-cü tura yekun vurulub.
Assist.az xəbər verir ki, turun mərkəzi görüşü olan İngiltərə derbisində "Liverpul" evdə "Mançester Yunayted"lə qarşılaşıb. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsilə yekunlaşıb.
Premyer Liqada turnir cədvəlinə 64 xalla "Liverpul" başçılıq edir. "Mançester Siti" 48 xalla 2-ci, "Lester Siti" 45 xalla 3-cü, "Çelsi" 39 xalla 4-cü, "Mançester Yunayted" 35 xalla 5-cidir.
Xatırladaq ki, "Liverpul" bir oyun az keçirib.
"Liverpul" - "Mançester Yunayted" - 2:0
Qollar: Vircil Van Deyk, 14, Məhəmməd Salah, 90+3