UEFA superkuboku matçına nə qədər azarkeş buraxılacaq?

UEFA superkuboku matçına nə qədər azarkeş buraxılacaq?

İngiltərənin “Çelsi” və İspaniyanın “Vilyarreal” komandaları arasında keçiriləcək UEFA superkuboku matçına buraxılacaq azarkeş sayı açıqlanıb.

Assist.az UEFA-nın saytına istinadən xəbər verir ki, avqustun 11-də, Şimali İrlandiyanın Belfast şəhərində keçiriləcək oyuna maksimum 13 min azarkeş buraxılacaq.

Avqustun 11-də keçiriləcək “Çelsi” – “Vilyarreal” matçı saat 23:00-da başlayacaq.