İngiltərə klubunun qapıçısı koronavirusa yoluxdu

İngiltərə klubunun qapıçısı koronavirusa yoluxdu

Bournemouth-un qapıçısı Aron Remsdeyl koronavirusa yoluxub.

Assist.az xəbər verir ki, bu barədə 22 yaşlı qolkiperin özü "The Sun"a açıqlama verib. Son iki gündə belə halla necə üzləşdiyini anlamağa çalışmış Remsdeyl bildirib ki, məşqlərə başlamamışdan öncə verdiyi testin nəticəsi mənfi çıxıb.

Lakin o, sonradan mağazalarda olarkən xəstələnib: "Müəyyən qədər şokdayam. 7 gün təcrid olunmalıyam. Bu, mənə evdə işlərimlə məşğul olmaq imkanı yaradacaq. Hazırda özümü yaxşı hiss edirəm, heç bir simptomum yoxdur".

Bu mövsüm Premyer Liqada 28 oyunda iştirak etmiş gənc qapıçı 44 top buraxıb və 1 məhsuldar ötürmə verib.