İlk rəsmi oyun, ilk qələbə, ilk qol - "Sabah"dan mövsümə ilklərlə dolu başlanğıc

Misli Premyer Liqasında 2022/23-cü illər mövsümünün ilk turunda "Sabah"ın "Sumqayıt" üzərindəki 3:0 hesablı inamlı qələbəsi ev sahibləri üçün bəzi ilklərlə yadda qalıb.
Assist.az xəbər verir ki, görüş paytaxt təmsilçisinin bir neçə futbolçusu üçün əlamətdar olub.
Belə ki, yeni transferlərdən – Abdulaye Ba, Con İrasabal, Tellur Mütəllimov, Namik Ələskərov, Anatoli Nuriyev, Emmanuel Apeh və Davit Volkov “Sabah”da ilk rəsmi oyunlarını keçiriblər. Anatoli həm də, ilk rəsmi matçında ilk qoluna imza atıb.
Kristian Sebalyosun matçda son nöqtəni qoyduğu qol isə Premyer Liqa tarixinin yubiley – 13000-ci qolu olub.