İbrahiboviç: "MLS mənə görə baxılır"

İbrahiboviç: "MLS mənə görə baxılır"

“Los Anceles Qalaksi”nin futbolçusu Zlatan İbrahimoviç yenə diqqət mərkəzinə düşüb. Assist.az xəbər verir ki,futbolçu ötən gecə MLS-də keçirilən qərb kubokunun yarımfinal oyunundan sonra maraqlı fikirlər səsləndirib.

İsveçli ulduz jurnalistin növbəti il klubda qalıb-qalmayacağı ilə bağlı sualına belə cavab verib: “MLS-də qalmağım liqa üçün çox yaxşı olar. Çünki bütün dünya mənə görə bu liqanı izləməyə davam edəcək. Klubu tərk etsəm, azarkeşlərin də liqaya marağı azalar və heç kim bu liqanı xatırlamaz”.

Xatırladaq ki,  qarşılaşmada “Los Anceles Qalaksi”  “Los Anceles”ə 3:5 hesabı ilə  məğlub olub.

Qeyd edək ki, “Los Anceles Qalaksi”də bu mövsüm 29 oyuna 30 qol vuran Zlatanın müqaviləsi dekabrda başa çatır.