Harry Kane: ' Utanc verici idi'

Harry Kane: ' Utanc verici idi'

Totenxem'in hücumçusu Harry Kane, Dinamo Zagreb qarşısında alınan məğlubiyyətin "utanc verici" olduğunu bildirib. Assist.az Goal.com-a istinadən xəbər verir ki, Harry Kane, Aston Villa qarşısında qazanılan qələbədən sonra S ky Sports/a açıqlamalar verib. " Bizim üçün qələbə çox vacib idi. Son bir neçə oyunda o qədərdə yaxşı deyildik. Geri qayıtmalı olduğumuzu bilirdik. Milli fasiləyə 3 məğlubiyyətlə girmək istəmirdik. Biz bugünki qələbəyə layiq idik. Son oyunlarda standartlarımızın altındaydıq. Geri qayıtmaq xoşdur. Uşaqlar zədələnmək bahasına vuruşurlar. Mövsümün geri qalanında,  ilk 4-ə girmək üçün bunu etməliyik. Aston Villa güclü klubdur. Çətin olacaqını bilirdik, amma onlara şans vermədik.