Gürcüstanda çempionatın bərpa vaxtı açıqlandı

Gürcüstanda çempionatın bərpa vaxtı açıqlandı

Koronavirus pandemiyasına görə təxirə salınan Gürcüstan çempionatının bərpa tarixi məlum olub.

Assist.az xəbər verir ki, bu barədə Gürcüstan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Futbol üzrə Gürcüstan çempionatı iyunun 25-dən bərpa olunacaq.

Çempionatın başlanğıcına qədər futbolçular və məşqçilər korpusu iki dəfə koronavirus testindən keçəcək.

Gürcüstan çempionatı koronavirus pandemiyasına görə martda, 2-ci turdan təxirə salınmışdı.