Gürcüstan millisinin yeni baş məşqçisi müəyyənləşdi

Gürcüstan millisinin yeni baş məşqçisi müəyyənləşdi

Gürcüstan millisinə müvəqqəti baş məşqçi təyin edilib.

Assist.az xəbər verir ki, bu vəzifəyə 39 yaşlı Ramaz Svanadze gətirilib. Bu gün Millətlər Liqasının Estoniyaya qarşı keçiriləcək son qrup matçına gürcülər məhz onun rəhbərliyi altında çıxacaq.

Qeyd edək ki, R.Svanadze 2016/17 mövsümündə Bakı “İnter”inin (indiki “Keşlə”) baş məşqçisi olmuş Zaur Svanadzenin qardaşı oğludur və onunla birgə həmin klubda çalışıb.