"Gündoğan üçün ora getmək istəyərdim".

"Gündoğan üçün ora getmək istəyərdim".

Manchster City-nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının final matçının ev sahibliyinin Portuqaliyaya verilməsi qərarına münasibət bildirib.

Assist.az xəbər verir ki, ispan mütəxəssis, qərarla bağlı bunları deyib:

“Finalı İstanbulda oynamaq istərdim. Daha əvvəl Türkiyəyə getmək şansım olmayıb. Futbolçumuz İlkay Gündoğan üçün ora getmək istəyərdim. Ancaq UEFA ev sahibliyini Portuqaliyaya verdi. Mənim üçün heç bir problem yoxdur”.

Mayın 29-da, Manchester City ilə Chelsea arasında keçiriləcək final matçı Portu şəhərindəki Draqao stadionunda olacaq.

Çempionlar Liqasının final matçının daha əvvəl Türkiyənin İstanbul şəhərində keçirilməsi planlaşdırılırdı. Bu ölkədə koronavirusa yoluxma hallarının artması səbəbindən oyuna ev sahibliyi Portuqaliyaya verilib.