Götze La Liqaya keçir

Götze La Liqaya keçir

Borussia Dortmund-un hücumameyilli yarımmüdafiəçisi Mario Götze bir müddətdi komandadan uzaq düşüb. O, 1 iyulda azad agent olacaq.

Assist.az xəbər verir ki, Atletico Madrid alman futbolçunun xidmətində maraqlıdır. Madrid klubu koronavirus pandemiyası ilə əlaqədar yaranan maddi böhran səbəbindən Götzeyə illik 2 milyon avro məvacib təklif etməyə hazırdı. Sözügedən futbolçu Borussia-da ildə 10 milyon avro qazanır.

Borussia Götzenin adını Bundesliqanın sonuncu turu çərçivəsində Hoffenheim-la oynanılacaq matçın iştirak ərizəsinə salmayacaq. 28 yaşlı oyunçunun övladı erkən dünyaya gəlib. Bu səbəbdən o, zamanını ailəsi ilə birlikdə keçirir.

Cari mövsümdə Bundesliqada 15 matçda meydana çıxan Götzenin hesabında 3 qol var.