Galatasaray-ın yetirməsi Lille-də — RƏSMİ

Galatasaray-ın yetirməsi Lille-də — RƏSMİ

Lille heyətini yeni futbolçu ilə gücləndirib.

Assist.az xəbər verir ki, Liqa 1 klubu türkiyəli futbolçu Mustafa Kapını heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Galatasaray-ın yetirməsi olan 18 yaşlı futbolçu Lille-ə azad agent kimi keçib. Onunla imzalanın müqavilənin detalları açıqlanmayıb.

Mustafa Kapı Galatasaray-ın tarixində Super Liqada meydana çıxan ən gənc futbolçu ünvanına sahib çıxmışdı.