Galatasaray-ın futbolçusu koronavirusa yoluxdu

Galatasaray-ın futbolçusu koronavirusa yoluxdu

Galatasaray-ın norveçli futbolçusu Omar Elabdulayi koronavirusa yoluxub.

Assist.az xəbər verir ki, bu barədə Norveç Futbol Federasiyası məlumat yayıb. O, öz ölkəsinin yığmasında testdən keçib və virusa yoluxduğu məlum olub.

14 günlük karantinə alınan 28 yaşlı müdafiəçi Superliqada Kayserispor və Rizespor-la görüşü buraxmalı olacaq.