"Galatasaray" futbolçusunu cəzalandırdı

"Galatasaray" futbolçusunu cəzalandırdı

"Galatasaray" komanda yoldaşı Kərəm Aktürkoğlunu vuran futbolçusu Markaonu cərimələyib.

Assist.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Sarı-qırmızılı klub braziliyalı müdafiəçini qeyri-etik davranışına görə 150 min avro məbləğində cərimələyib.

Bununla yanaşı, müdafiəçi Türkiyə Futbol Federasiyası tərəfindən 8 oyunluq diskvalifikasiya edib.