Galatasaray-da yeni məşqçi — RƏSMİ

Galatasaray”ın sabiq futbolçusu Albert Riera məşqçi kimi kluba geri qayıdıb.
Assist.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. 38 yaşlı ispaniyalı keçmiş oyunçu Fatih Termin köməkçisi olacaq.
Qeyd edək ki, 2011-2014-cü illərdə “aslanlar”ın formasını geyinmiş A.Riera “Espanyol”, “Manchester City", “Liverpool" kimi komandalarda da çıxış edib. O, 2007-2009-cu illərdə İspaniya milli komandasında da oynayıb.