Petkoviç "Bordo"da!

Petkoviç "Bordo"da!

Fransanın “Bordo” klubunun yeni baş məşqçisi açıqlanıb.

Assist.az xəbər verir ki, Liqa 1 təmsilçisini Vladimir Petkoviç çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 57 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

İsveçrə yığmasının da çalışdırıcısı olan Petkoviç yığmadakı işini davam etdirəcək. Onun milli ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir.