Fransa polisi Konor Makqreqoru saxladı

Fransa polisi Konor Makqreqoru saxladı

UFC çempionu Konor Makqreqor Fransaya aid Korsika adasında polis tərəfindən saxlanılıb.

Assist.az xəbər verir ki, buna səbəb irland döyüşçünün qeyri-etik davranışları olub. Makqreqor nümayişkaranə cinsi davranışda günahlandırılır.

32 yaşlı irlandiyalı Korsika adasında tətildə olarkən onun barəsində sentyabrın 10-da polisə şikayət daxil olub. İttihamların digər təfərrüatları açıqlanmayıb.