Fransa klubunda yeni baş məşqçi

Fransa klubunda yeni baş məşqçi

Bordeaux-un yeni baş məşqçisi müəyyənləşib.

Assist.az  xəbər verir ki, Liqa 1 təmsilçisini bundan sonra Jan-Lui Qasse çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 66 yaşlı mütəxəssislə müqavilənin müddəti və detalları açıqlanmayıb.

Qasse geridə qalan mövsümdə Monpellier-i çalışdırıb.