Fransa klubunda yeni baş məşqçi

Fransa klubunda yeni baş məşqçi

Fransanın Dijon klubunun yeni baş məşqçisi məlum olub.

Assist.az xəbər verir ki, Liqa 1 təmsilçisinin “sükan”ı David Linaresə tapşırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 45 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

David Linares bundan əvvəl Dijon-da köməkçi məşqçi kimi çalışırdı. O, baş məşqçi postunda Stefan Jaboru əvəzləyib.

Dijon Liqa 1-də 10 turdan sonra 4 xalla 20-ci – sonuncu sıradadır.