"Fənərbaxça" inamlı qələbə qazandı

"Fənərbaxça" inamlı qələbə qazandı
Türkiyə Superliqasında 9-cu turun oyunları davam edir. Assist.az xəbər verir ki, "Fənərbaxça" öz meydanında "Konyaspor"u qəbul edib. Görüş İstanbul klubunun 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Meydan sahiblərinin heyətində Q.Rodriqes, Yorgensen, O.Tufan, L.Qustavo və Muriqi hərəyə bir dəfə fərqlənib. S.Aziz isə avtoqol müəllifi olub.
Hazırda Türkiyə Superliqasına 18 xalla "Alanyaspor" başçılıq edir. Liderdən 1 xal geri qalan "Fənərbaxça" ikinci pillədədir.