Final oyunu öncəsi "Barselona"da ciddi itki

Final oyunu öncəsi "Barselona"da ciddi itki

“Barselona” "Valensiya" ilə final matçı öncəsi ciddi itki ilə üzləşib. Assist.az klubun rəsmi saytına istinadən xəbər verir ki, katalonların qapıçısı Mark-Andre ter Ştegen dizindəki zədəsini sağaltmayıb. Almaniya milli komandasının 27 yaşlı qapıçısı İspaniya kubokunun finalında “Valensiya” ilə matçda meydana çıxmayacaq.

 

Xatırladaq ki, İspaniya kubokunun final qarşılaşması mayın 25-də baş tutacaq.