FIFA DÇ-2022-də yeni sistemdən istifadə edəcək

FIFA DÇ-2022-də yeni sistemdən istifadə edəcək

FIFA 2022-ci ildə Qətərdə olacaq dünya çempionatında ofsaydı avtomatik müəyyən edən sistemdən istifadə etməyə hazırlaşır.

Assit.az xəbər verir ki, bu haqda Futbolun Qlobal İnkişafı Departamentinin rəhbəri Arsen Venger "The Times"a açıqlamasında bildirib.

O bildirib ki, ofsaydın avtomatik təyin edilmə sistemi 2022-ci ilədək hazır olacaq: "Yeni texnologiyanın tətbiq edilməsində israrlıyam, bunun sayəsində ofsayd epizodunun siqnalı dərhal yan xətt hakiminə çatacaq".

Dünya çempionatı gələn il 21 noyabr - 18 dekabrda təşkil olunmalıdır. Bu, qış vaxtı keçiriləcək ilk mundialdır.