Fernando Llorente: "Antonio Konte ilə birgə işləmək çox çətindir"

Fernando Llorente: "Antonio Konte ilə birgə işləmək çox çətindir"

"Udineze" klubunun hücumçusu Fernando Llorento "İnter" klubunun baş məşqçisi Antonio Konte haqqında açıqlama verib.

Assist.az "Marca"ya istinadən xəbər verir ki, Fernando Llorente Antonio Kontenin birgə işlədiyi ən yaxşı baş məşqçi olduğunu bildirib:

"Antonio Konte qələbə qazanmaq üçün əlindən gələni edən mütəxəssizdir. O karyeram ərzində birgə işlədiyim ən yaxşı baş məşqçidir. Onun fikirlərini çox bəyənirəm. Hər bir futbolçunun yaxşı tərəflərini tapıb üzə çıxardır. Onunla birgə işləmək çox çətindir, amma buna dəyər.

Xatırladaq ki, "Seria A"da zirvədə qərarlaşan "İnter" klubu oynadığı son 13 oyunda məğlub olmur.