Feliks Premyer Liqa nəhənginin hədəfində

Feliks Premyer Liqa nəhənginin hədəfində

Atletico Madrid-in futbolçusu Joao Feliks karyerasını İngiltərədə davam etdirə bilər.

Assist.az xəbər verir ki, Manchester City portuqaliyalı yarımmüdafiəçinin xidmətində maraqlıdır.

“Şəhərlilər”in baş məşqçisi Pep Qvardiola 21 yaşlı oyunçunu bu mövqeyə əsas namizəd hesab edir. Ona görə də klub futbolçunu bu yay almaq istəyir. Premyer Liqa klubunun rəhbərliyi isə madridlilərin üzvünü hələ Benfica-da olarkən transfer etmək istəyib, lakin cəhdləri uğursuz alınıb.

Qeyd edək ki, Feliksin Atletico ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.