Fati "Barselona"ya qələbə qazandırdı

İspaniya La Liqasında 22-ci turun görüşləri keçirilir. Assist.az xəbər verir ki, "Barselona" evdə "Levante"ni 2:1 hesabı ilə məğlub edib. Katalonların hər iki qolunun müəllifi gənc futbolçu Fati olub.

 

"Real" La Liqanın turnir cədvəlinə 49 xalla 1-ci, "Barselona" 46 xalla 2-cidir. "Xetafe" və "Sevilya" 39 xalla 3-4-cü yerləri bölüşürlər.

 

"Barselona" - "Levante" - 2:1

Qollar: Ansu Fati, 30, 31 - Ruben Roxina, 90+2