Fənərbaxça serbiyalı oyunçunu transfer etdi

Assist.az xəbər verir ki, Fənərbaxça klubu serbiyalı basketbolçu Nemanja Bjelicanı heyətinə qatıb.
Klubdan edilən açıqlamada son olaraq "Golden State Warriors"da forma geyən, Avropa basketbolunun ən önəmli oyunçularından biri olaraq qəbul edilən Nemanja Bjelica ilə 2 illik müqavilə imzalandığı bildirilib.
Qeyd edək ki, Nemanja Bjelica 2010-cu ildə "NBA Draft"ında 35-ci sıradan "Washington Wizards" tərəfindən seçilib. Ulduz basketbolçu həmçinin 2021-2022 sezonunda NBA çempionluğu sevinci də yaşayıb.