EPL-də üçbaşlı əjdaha?!

Bu bizim üçün “klassik İngiltərə liqası” qarşıdurması kimi görünsə də, illərdir ki, belə hallar EPL-də olur. Son dövrdə liqanı diqqətlə izləyənlər bunu təsdiqləyə bilər.
İndiki halda isə Mançester derbisi ilə 3 komandanın “həyatı həll olur”. Belə ki, çempionluğa iddiası çoxdan yarı yolda qalan "Mançester Yunayted" öz meydanında hələ də çempionluğa əsas iddialı olan "Mançester Siti"ni qəbul edir. “Qırmızı şeytanlar”a hava və su kimi lazım olan 3 xal “şəhərlilərin” çempionluq uğrunda sonuncu sınağı sayıla bilər.
Bu derbiyə ən maraqla baxanlar isə "Liverpul" oyunçu və azərkeşləri olacaq. Keçən il də çempionluğu son turda əldən verən “qırmızı”lar bu dəfə əzəli rəqibləri "Mançester Yunayted"in qələbəsi üçün lazım gəlsə "meydana çıxarlar".
Oyun haqda birdən-birə parlayan "Liverpul"un müdafiəçisi Virgin Van Dijk öz fikirlərini bildirib:
- “Onlar (Mançester Yunayted) Çempionlar Liqasına düşmək üçün mübarizə aparırlar, bizə yox, əvvəlcə özlərinə yaxşılıq etməlidirlər".
"Liverpul"un “qoca” oyunçularından olan vitse-kapitan Milner isə fərqli yanaşıb:
- “Həyatımda ilk dəfə "Mançester Yunayted"ə azarkeşlik edəcəm. Ancaq oyunu izləməyəcəm, çünki, bu oyunu izləmək enerji israfıdır. İstirahət etmək məcburiyyətindəyəm. Oyun zamanı telefondan da uzaq olacam, nəticəyə daha sonra baxacam. Fikrimcə, bu vaxtı sadəcə yemək yeyərək keçirəcəm”.
Baş hakim Andre Marrinerin idarə edəcəyi Mançester derbisi saat 23:00-da başlayacaq.