"Dinamo" Mahiri Şimali Makedoniyaya aparmadı

"Dinamo" Mahiri Şimali Makedoniyaya aparmadı

Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda çıxış edən Azərbaycan millisinin üzvü Mahir Emreli Çempionlar Liqasının II təsnifat mərhələsində Şimali Makedoniya "Şkupi"si ilə bu gün keçiriləcək cavab oyununu buraxacaq.

Assist.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, zədəsi hələ sağalmayan forvard heyətdən çıxarılıb.

Bu gün keçiriləcək "Şkupi" - "Dinamo" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bu komandalar arasında ilk görüş 2:2 hesabı ilə başa çatıb.

Emreli zədə səbəbindən "Şkupi" ilə  ilk oyunu da buraxmışdı.