DÇ: Azərbaycanın iki güləşçisi finalda

İtaliyanın paytaxtı Romada güləş üzrə 17 yaşlılar arasında dünya çempionatı başlayıb.
Assist.az xəbər verir ki, turnirin ilk günündə yunan-Roma güləşi üzrə təmsilçilərimiz - Səid Xəlilov (48 kq), Fəraim Mustafayev (55 kq), Əli Əlizadə (65 kq), İsmayıl Rzayev (80 kq) və Məzaim Mərdanov (110 kq) döşəyə çıxıb.
Fəraim Mustafayev və İsmayıl Rzayev finala vəsiqə qazanıb. Digər üç idmançımız isə bürünc medal uğrunda görüşlərə çıxacaq.