Daniel Alveş növbəti mövsümdə bu komandanın şərəfini qoruyacaq

Daniel Alveş növbəti mövsümdə bu komandanın şərəfini qoruyacaq

İspaniya "Barselona"sından ayrılan Braziliya millisinin futbolçusu Daniel Alveşin yeni klubu bəlli olub.

"Assist.az"ın məlumatına görə, 39 yaşlı müdafiəçi karyerasını Meksikanın "Pumas" komandasında davam etdirəcək.

Təcrübəli oyunçunun müqaviləsi 2023-cü ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, 2021-ci ilin noyabrında "Barselona"ya qayıdan Daniel Alveş 2008 - 2016-cı illərdə də Kataloniya təmsilçisinin formasını geyinib.