ÇL: III tura yekun vuruldu

ÇL: III tura yekun vuruldu

Bu Çempionlar Liqasında 3-cü tura yekun vurulub. Assist.az xəbər verir ki ,son matç günündə daha 8 qarşılaşma baş tutub. 

E qrupunda "Genk”in qonağı olan  “Liverpul”  4:1 hesablı qələbəyə sevinib. “Zalsburq” - “Napoli” görüşündə isə İtaliya təmsilçisi sevinən tərəf olub - 2:3.

F qrupunda "Barselona" “Slaviya” səfərində qalib gəlib -2: 1.  “İnter” isə doğma meydanda “Borrusiya Dortmund"u xalsız qoyub - 2:0.

G qrupunda "Zenit"i qəbul edən “Leyptsiq” əzmkar qələbə qazanıb - 2:1. “Benfika” - “Lion” görüşündə Protuqaliya təmsilçisi 3 xalı qazanan tərəf olub - 2:1.

Günün diqqət çəkən qarşılaşmalarından biri H qrupunda oynanılıb. Ötən mövsüm uğurlu çıxışı ilə yadda qalan “Ayaks” “Çelsi”ni qəbul edib. Matç Frank Lampardın yetirmələrinin 1:0 hesablı qələbəsilə yekunlaşıb. Qrupun digər oyununda isə “Lill” “Valensiya” ilə heç-heçə edib - 1:1.