Çində legioner futbolçuların maaşına limit qoyulacaq

Çində legioner futbolçuların maaşına limit qoyulacaq

Çin Super Liqasında legioner futbolçularla bağlı yeni qərar qəbul olunub.

Assist.az  xəbər verir ki, 2021-ci il yanvarın 1-dən əcnəbi oyunçuların maaşına limit tətbiq ediləcək.

Yeni qaydalara görə, legionerlər illik 3 milyon avrodan çox məvacib ala bilməyəcəklər. Buna əməl etməyən klubların hesabından 24 xal silinəcək.

Bu addımın Çin millisinin səviyyəsini qaldırmaq üçün atıldığı bildirilir. Yerli assosiasiyanın rəhbəri Çen Syuan bildirib ki, liqanın xərcləri Yaponiya və Cənubi Koreya çempionatından 10 dəfə çox olsa da, həmin ölkələrin yığmaları daha yaxşı nəticələr qazanırlar.

Qeyd edək ki, Çin Super Liqasındakı legioner limitinin qaydalarına əsasən, sifariş ərizəsində 5, meydanda isə 3-dən artıq əcnəbi futbolçu ola bilməz.