Chelsea 2000-ni keçdi

Chelsea 2000-ni keçdi

İngiltərə çempionatının I turunun qapanış matçında Chelsea səfərdə Brighton-u məğlub edib -3:1.

Assist.az xəbər verir ki, bu qələbə londonlular üçün əlamətdar olub.

Belə ki, “zadəganlar” dünənki qalibiyyətlə Premyer Liqa tarixində 2000-ci xallını qazanıb. Komanda bu nəticəni göstərən üçünçü klubdur. Daha öncə Manchester United (2234) və Arsenal (2014) bunu bacara bilmişdi.

Qeyd edək ki, Chelsea-ni Liverpool (1951) və Tottenham (1654) klubları izləyir.