"Cenoa"baş məşqçisini istefaya göndərdi

"Cenoa"baş məşqçisini istefaya göndərdi

"Cenoa" baş məşqçisi Aurelio Andreazollini istefaya göndərib.

Assist.az xəbər verir ki,  bu barədə klubun rəsmi saytında məlumat verilib. 65 yaşlı mütəxəssislə komandanın ölkə çempionatındakı uğursuz çıxışı səbəbində yollar ayrılıb.

Qeyd edək ki, "Cenoa" hazırda A seriyasında 5 xalla 19-cu pillədə qərarlaşıb.