Cenk Tosun "Everton"a 1 xal qazandırdı

İngiltərə Premyer Liqasında 11-ci turun oyunları keçirilib. Assist.az xəbər verir ki, "Everton" evdə "Tottenhem"lə 1:1 hesablı heç-heçə edib.

Dele Allinin 63-cü dəqiqədə vurduğu qola "Everton" Cenk Tosunun qolu ilə cavab verib.

 

"Tottenhem" 13 xalla Premyer Liqanın turnir cədvəlində 11-ci yerdə qərarlaşıb. 11 xalı olan "Everton" 17-ci sıradadır.

 

"Everton" - "Tottenhem" - 1:1

Qollar: Cenk Tosun, 90+7 - Dele Alli, 63