Çempionlar Liqasında 1/4 finalın ilk oyunlarına yekun vurulub

Çempionlar Liqasında 1/4 finalın ilk oyunlarına yekun vurulub

Çempionlar Liqasında 1/4 finalın daha iki görüşü keçirilib.

 

Assist.az-ın məlumayına görə, oyunların biri Amsterdamda, digəri isə Mançesterdə baş tutub.

 

“Ayaks” doğma meydanda “Yuventus”u qəbul edib. Sürpriz şəkildə “Real”ı yolundan kənarlaşdıran hollandiyalılar Turin təmsilçisi ilə ev matçında heç-heçə edib.

 

Günün digər oyunununda isə “Barselona” “Mançester Yunayted”lə üz-üzə gəlib.

 

13-cü dəqiqədə Luk Şounun avtoqolu qarşılaşmada yeganə olub və "Barselona" Mançester səfərindən qələbə ilə qayıdıb.

 

“Ayaks” – “Yuventus” 1:1
Neres, 46 - Kriştianu Ronaldo, 45

 

“Mançester Yunayted” – “Barselona” 0:1
Luk Şou, 13 (avtoqol)